Efiopiyalılar İsrailin paytaxtını Baltimora çevirdi - VİDEO
Bizi izləyin

Dünya

Efiopiyalılar İsrailin paytaxtını Baltimora çevirdi - VİDEO

Efiopiyadan gələn mühacirlər İsrailin paytaxtı Təl-Əvivdə dünən kütləvi etiraz aksiyası təşkil ediblər.

Publika.az “NEWS.ru Israel” saytına istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları ilə polis arasında baş verən qarşıdurmada təxminən 70 nəfər, o cümlədən onlarla hüquq-mühafizə orqanlarının əməkdaşı xəsarət alıb.

Xəsarət alanlardan 46 nəfəri xəstəxanaya yerləşdirilib, təxminən 30 nəfər saxlanılıb.

Ümumilikdə İshak Rabin meydanında təşkil edilən aksiyada 10 mindən çox adam iştirak edib. Dinc etiraz kimi başlayan nümayiş daha sonra hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalara çevrilib. Aksiya iştirakçıları bir neçə qrupa bölünərək kafe və mağazaları dağıtmağa başlayıblar. Hətta aksiyanın bir neçə iştirakçısı meydanın yaxınlığında yerləşən Təl-Əviv meriyasına daxil olmağa çalışıb.

Etiraz aksiyasının iştirakçıları bir sıra tələblər irəli sürüb və bildiriblər ki, onları yerinə yetirməyəcəyi halda, İshak Rabin meydanı Baltimora çevriləcək. Jurnalistlər, hüquq müdafiəçiləri və polis əməkdaşlarının sözlərinə görə, Təl-Əviv bu miqyasda etiraz aksiyasını hələ görməyib. Şəhərdə sabitliyi bərpa etmək üçün gecə saat 2-yə qədər vaxt lazım olub. Aksiya İshak Rabin meydanından daha sonra şəhərin digər hissələrində davam etdirilib.

Məlumata görə, kütləvi etirazlar üçün səbəb polisin efiopiyalı əsilli qaradərili hərbi qulluqçu Damas Pakadonu döyməsi olub. Hadisə 26 aprel axşamı baş verib. Aprelin 30-da polisin özbaşınalığına qarşı etiraz aksiyası Yerusəlimdə keçirilib.

Bu gün isə İsrailin baş naziri Benyamin Netanyahu Efiopiya yəhudilərinin nümayəndələri ilə görüşmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm