Polşalı yazıçı: “Rusiyanın əlindəki ən böyük şans...”
Bizi izləyin

Dünya

Polşalı yazıçı: “Rusiyanın əlindəki ən böyük şans...”

“Qərbdə Rusiyanın təcavüzünə heç bir cavab və Rusiyanı Krımdan sıxışdırmaq üçün heç bir şansı yoxdur. Çünki Avropa vuruşmaq istəmir”.

Publika.az xəbər verir ki, bu barədə polşalı yazıçı və jurnalist Zemovit Şerek “Novaya vremya” nəşrində yazıb.

“Ukrayna ilə müharibədə Rusiyanın əsas kozırı odur ki, Kreml Avropanın onsuz da “bağışlamaq” prinsipi üzrə hərəkət edəcəyini bilir. Qərbdə, hətta Ukraynanın özündə bu faktı qəbul edirlər ki, Krım Rusiyanındır. Belə bir təəssürat yaranır ki, zəbt edilən yarımadanın sakinlərinin əksəriyyətinin razılığı Qərbi vicdan əzabından xilas edir. Rusiya getdikcə daha aydın şəkildə anlayır ki, yaranmış vəziyyəti nizama salmaq üçün Qərb onunla razılaşmalı olacaq. Qərb vuruşmaq istəmir və Rusiya bunu anlayır”, - polşalı yazıçı yazıb.

Zemovit Şerek qeyd edir ki, özünü tərs və məsuliyyətsiz uşaq kimi aparacağı halda, Qərbin danışmağa hazır olacağını da Moskavada yaxşı anlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm