Dəməşqdən SOS: İŞİD növbəti “mədəni qətliam”a hazırlaşır
Bizi izləyin

Dünya

Dəməşqdən SOS: İŞİD növbəti “mədəni qətliam”a hazırlaşır

İŞİD terror təşkilatının paytaxt Dəməşqin 240 kilometrliyində yerləşən qədim Palmira şəhərini tutmaq cəhdi uğursuzluqla nəticələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriya qoşunları İŞİD-in hücumunu dəf etsələr də, dünyanın ən nadir arxitektura abidələrinin yerləşdirildiyi şəhər üçün təhlükə hələ sovuşmayıb.

İŞİD ötən gün Palmira şəhərinin şərqində bəzi binaları ələ keçirmişdi. Ekspertlər xəbərdarlıq edirdilər ki, YUNESKO-nun mədəni irsləri siyahıya salınan qədim şəhərin İŞİD tərəfindən tutulacağı halda, terrorçular nadir arxitektura abidələrini yerlə bir edəcəklər.

Amansız döyüşlər hazırda Palmiranın ətrafındakı Burdj-əl-İşara qalasında gedir. Burada İŞİD-in onlarla üzvünün öldürüldüyü, onlarla nəqliyyat vasitəsinin məhv edildiyi bildirilir. Şəhərin ətrafında gedən döyüşlərdə təxminən 70 Suriya hərbçisi öldürülüb.

Suriyanın rəsmi xəbər agentliyi SANA iddia edir ki, İŞİD-in məhv edilmiş komandirlərindən biri səudiyyəli muzdlu Abu Malik at-Tamimidir. Onun Liviyada 30 efiopiyalı xaçpərəstinin edamına rəhbərlik etdiyi deyilir. Suriya ordusundakı mənbələr iddia edir ki, qoşun İŞİD-in silahlı dəstələrini Palmiradan şərq və şimal istiqamətində təqib edir və Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə ağır zərbələr vurur.

İŞİD Palmiraya hücumu Suriya səhrasının bu hissəsindəki neft və qaz quyularının tutmaq istəyi ilə izah edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm