Putin Ukrayna vətəndaşlarını orduya çağırır
Bizi izləyin

Dünya

Putin Ukrayna vətəndaşlarını orduya çağırır

Donbas hövzəsindəki münaqişə nəticəsində Rusiyaya köçən Ukrayna vətəndaşlarından biri ilk dəfə Rusiya ordusuna hərbi xidmətə çağırılıb.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silah Qüvvələri Mərkəzi hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Dmitri Qolovin Samara vilayətinin hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. “Dmitri Qolovin Ukrayna-Rusiya sərhədini keçərək Rusiya vətəndaşlığını qəbul edib. O, sonra Rusiya ordusunda xidmət etmək arzusunu ifadə edib”, - mətbuat xidmətinin nümayəndəsi deyib.

Məlumata görə, Ukraynanın Slavyansk şəhərinin sakinləri olan Dmitri Qolovinin ailəsi Donbasda müharibə başlanan kimi Rusiyaya köçüb. Onları burada daimi qeydiyyat alıblar. Qolovin quru qoşunlarının motoatıcılıq birləşmələrindən birində xidmət edəcək. O, bu gün 26 çağırışçıdan ibarət qrupla hərbi xidmət keçəcəyi hərbi hissəyə yola düşüb.

Onun anası Yelena bildirib ki, oğlunun Ukrayna ordusuna çağırılmasını istəmədiyi üçün Rusiyaya köçmək barədə qərar qəbul ediblər. Dmitrinin atası Aleksandr Qolovin sürücü, anası isə feldşer işləyir. Çağırışçının özü isə yerli süd zavodunda işləyirdi. Üç ay əvvəl valideynləri ilə birlikdə Rusiya pasportunu alan Dmitri dərhal hərbi komissarlığa yola düşüb.

Rusiya Miqrasiya Xidmətinin məlumatına görə, Rusiyada hazırda 2,5 milyondan çox Ukrayna vətəndaşı var. Onlardan təxminən 1 milyonu Donbas hövzəsindən gəlib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə dünən bildirdi ki, Ukraynanın təxminən 550 min vətəndaşı Donbas hövzəsində vuruşmamaq üçün Rusiyanın ərazisində gizlənirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm