Dünya
20 alman əsgər İŞİD-ə qatıldı – BERLİN ŞOKDA
Dünyanın bir çox ölkəsindən İŞİD-ə qatılanlar arasında alman
ordusunun əsgərləri də var.
Publika.az xəbər verir ki, “Der Spigel” nəşri iki almaniyalı
qardaşın İŞİD-ə qoşulduğunu və Bağdadın şimal-qərbində İraq
ordusuna qarşı bombalı hücum etdiyini yazıb.
“25 yaşındakı Kevin və Mark Kuzeyrn Vestfalyadakı Castrop-Rauxeldə
ziyalı və varlı bir ailədə böyüyüblər. Onlar əkiz qardaşlardır.
Kevin ABŞ-ın Kaliforniya əyalətində təhsil alıb, daha sonra
Almaniyanın Ruhr Universitetinin hüquq fakültəsində oxuyub. Mark
isə 2010-cu ildə professional zabit olaraq alman ordusunda xidmətə
girib. Əfqanıstandakı müharibədə döyüşüb, daha sonra Almaniyaya
geri qayıdıb. Məlumatlara görə, qardaşlar 2012-ci ilin sonunda
İŞİD-lə əlaqə qurublar. Ötən ilin avqust ayında Türkiyə üzərindən
Suriyaya keçərək İŞİD-ə qatılıblar. Hər iki qardaş son terror
aktlarında iştirak ediblər”, - deyə məlumatda deyilir.
Nəşr Almaniyanın hərbi kəşfiyyat birliyindəki mənbəyə istinadən
xəbər verir ki, indiyə qədər alman ordusunun 20 keçmiş əsgəri İŞİD
sıralarına qoşulub.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR