Con Kerri xəstəxanalıq oldu
Bizi izləyin

Dünya

Con Kerri xəstəxanalıq oldu

ABŞ-ın dövlət katibi Con Kerri Fransada velosiped qəzasında zədələnib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindəki mənbə dövlət katibinin sağ omba sümüyünün sındığını bildirib.

Con Kerri hazırda Cenevrə hospitalındadır. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Keçirdiyi qəza ilə əlaqədar olaraq dövlət katibi Madrid və Parisə səfərlərini ləğv edib. Kerri müalicə olunması üçün ABŞ-a qayıdacaq.

“Reuters”in yazdığına görə, Kerri həvəskar velosipedçidir. Dövlət katibi xarici səfərlərində tez-tez şəxsi velosipedi ilə gönünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm