Türkiyədə nurçulara qarşı böyük əməliyyat: polis 9 vilayətdə hərəkətə keçdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyədə nurçulara qarşı böyük əməliyyat: polis 9 vilayətdə hərəkətə keçdi – SON DƏQİQƏ

Bu gün səhər saatlarında Türkiyənin 9 vilayətində “qeyri-qanuni dinləmə” istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat başlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Mersin Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.

Əməliyyatda Mersin Polis Təşkilatının kəşfiyyat şöbəsi ilə qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları iştirak edib. Əməliyyatın gedişatında 35 polis saxlanılıb. Mersin Respublika Prokurorluğunun ümumilikdə 50 nəfərin saxlanılması barədə qərar verdiyi bildirilir.

Digər şübhəlilərin də saxlanılması üçün əməliyyat davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm