• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-da polis hər gün iki vətəndaşı öldürür

  • Dünya
  • 1 İyun 2015 13:27
  • 279 Baxış
ABŞ-da polis hər gün iki vətəndaşı öldürür

ABŞ-da polis tərəfindən son beş ayda öldürülənlərin sayı 385 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu rəqəm ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Waşinqton Post”un araşdırmasında yer alıb.

Qəzetin açıqladığı rəqəm ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FTB) açıqladığı rəqəmdən iki dəfə çoxdur. Eyni vəziyyətin davam edəcəyi halda ilin sonuna kimi polis tərəfindən öldürülənlərin sayı 1000 nəfərə çatacaq.

“Waşinqton Post”un araşdırmasına görə, ortaya çıxan rəqəmlər ABŞ-da polisin orta hesabla hər gün iki vətəndaşı öldürdüyü anlamına gəlir. ABŞ nəşri bu rəqəmin ötən 10 il ərzində FTB başda olmaqla, federal qurumların açıqladığı rəqəmlərindən iki dəfə çox olduğunu qeyd edib. ABŞ-da son vaxtlar silahsız qaradərili gənclərin polislər tərəfindən öldürülməsi Ferqyuson və Baltimor şəhərlərində genişmiqyaslı etiraz aksiyalarına səbəb olub. Ölkənin ən böyük şəhərlərində Ferqyuson və Baltimor sakinlərinə dəstək olaraq etiraz aksiyaları təşkil edilib.

FTB-nin açıqladığı rəqəmlərə görə, polis ötən 10 il ərzində hər il orta hesabla 400 nəfəri öldürüb. Bu isə hər günə 1,1 ölüm deməkdir. Ancaq “Waşinqton Post”un araşdırmasında bu rəqəmin hər gün 2,6 ölüm olaraq ortaya çıxır. “Waşinqton Post” ölümlərlə bağlı federal qeydlərin “əskik” olduğunu vurğulayır. Amerika nəşri hesab edir ki, federal qeydlərin “əskik” olması əksər hallarda polis təşkilatların ölüm hadisələrini federal səlahiyyətlilərə bildirməsini “zəruri” hesab etməməsi ilə bağlıdır.

Xəbərdə polis tərəfindən öldürülən şəxslərin yarısının ağ dərili, digər yarısının isə irqi azlıqlara mənsub olduğu bildirilir. Silah daşımayan qurbanların üçdə ikisinin isə qaradərililər və ispan mənşəli olduğu qeyd olunub. Qaradərililərin öldürülmə nisbətinin ağlar və digər azlıqlarla müqayisədə üç dəfə çox olduğu, qurbanların yaşlarının isə 16-83 arasında olduğu deyilir. “Waşinqton Post”un yazdığına görə, öldürülənlərin 80 faizində “potensial ölümcül alət” tapıldığı bildirilib. Bundan başqa, öldürülənlərin 92 faizində əqli qüsurların olduğu ifadə edilib.

ABŞ qanunvericiliyinə görə, polis özü və başqalarının həyatını təhdid olduğu halda silahdan istifadə edə bilər. “Waşinqton Post”a görə, 385 ölüm hadisəsində yalnız üç polis cəzalandırılıb. Qəzetə danışan hazırkı və keçmiş polis rəhbərləri bildiriblər ki, polislər ölümlərə görə məsuliyyəti üzərinə götürməlidir. Onlar bir çox ölümün səbəbinin yanlış siyasətdən qaynaqlandığını deyiblər. “Police Foundation” adlı qeyri-hökumət təşkilatının başçısı Jem Buermanın sözlərinə görə, ölümlərin sayı ilə bağlı məlumatları doğru şəkildə izləmək mümkün olmasa, polislərin atəş açması nəticəsində həyatını itirənlərin sayını da azaltmaq mümkün olmayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR