ŞOK: Hamilə qadınları və uşaqları dənizə atırlar
Bizi izləyin

Dünya

ŞOK: Hamilə qadınları və uşaqları dənizə atırlar

Liviyalı insan qaçaqmalçıları dənizçilik qaydalarından sui-istifadə edərək gəmilərdəki hamilə qadın və uşaqları dənizə atırlar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Ticarəti Təşkilatının hesabatında deyilir.

Təşkilatdan bildirilib ki, Avropa Birliyinin ölkələri Aralıq dənizi ilə qeyri-qanuni immiqrant axınını dayandırmaq üçün sərt tədbirlər gördüyü halda, insan qaçaqmalçıları ağlasığmaz üsullardan istifadə etməyə başlayıb. Qeyd olunur ki, qeyri-qanuni miqrant daşıyan gəmilər Aralıq dənizində müəyyən bir nöqtədə immiqrantlardan bəzilərini suya tullayırlar.

Təşkilatın hazırladığı hesabata görə, suya atılanların böyük hissəsi hamilə qadınlar və uşaqlardır. Onların əksəriyyəti üzə bilmədiyi üçün həyatını itirirlər. Dənizə atılan immiqrantların yeganə ümidi ticarət gəmiləridir. Beynəlxalq dənizçilik qaydalarına görə, ticarət gəmiləri suya düşmüş bir şəxsi müəyyən edəndə dayanmalı və ona yardım etməlidir.

Statistikaya görə, ticarət gəmiləri 2014-cü ildə mindən çox qeyri-qanuni immiqrantı xilas edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm