İtaliya polisi Türkiyə gəmisinə basqın təşkil etdi
Bizi izləyin

Dünya

İtaliya polisi Türkiyə gəmisinə basqın təşkil etdi

İtaliya polisi Siciliya adası sahillərində Türkiyə bayrağı altında üzən gəmiyə basqın təşkil edib.

Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, gəmidə aparılan axtarışlarda 12 ton narkotik maddə ələ keçirilib.

Qeyd edək ki, bu, son bir ayda Türkiyə bayraqlı gəmilərlə bağlı baş verən ikinci analoji hadisədir. Ötən ay İngiltərə təhlükəsizlik gücləri Şimal dənizində narkotik qaçaqmalçılara qarşı əməliyyat təşkil edib. Əməliyyatın gedişatında 3 tondan çox kokain daşıyan gəmi ələ keçirilib və gəmidəki 9 Türkiyə vətəndaşı saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm