İkinci Donbas müharibəsi nə vaxt başlanır? – PLANLAR AÇIQLANDI
Bizi izləyin

Dünya

İkinci Donbas müharibəsi nə vaxt başlanır? – PLANLAR AÇIQLANDI

“Donbasda cəbhənin müxtəlif istiqamətlərində gərginlik tədricən artacaq və növbəti hücumun Luqansk istiqamətindən edilməsi gözlənilir”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib.

Onun sözlərinə görə, Donbas hövzəsində aktiv döyüş əməliyyatları iyul ayında bərpa oluna bilər.

“Donbas hövzəsində münaqişənin dondurulması və ya onun dayandırılması Kremlə yaxşı heç nə vəd etmir. Putin reytinqin kəskin düşməsi və mümkün kütləvi etirazlardan narahatdır. Hazırda cəmiyyət ümumi təhlükəyə qarşı səfərbər edilib. Əgər Ukraynada münaqişə dondurularsa, təhlükə aradan qalxacaq və ictimai şüurda birinci yerə iqtisadi məsələlər çıxacaq. Məsələn, real gəlirlərinin azalması kimi. Bu sahədə isə proqnozlar arzuolunmazdır. Buna görə də Kremlə hərbi münaqişəni dondurmaq çox təhlükəlidir”, - ekspert deyib.

Onun sözlərinə görə, Kreml Kiyevdəki indiki rejimlə danışmaq istəmir. Ekspert qeyd edib ki, qəti qərar Ukrayna prezidenti tərəfindən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsindən sonra qəbul edilib: “Bundan başqa, qorxular var ki, sabiq gürcü prezidenti Ukrayna baş nazirinin yerini tuta bilər. Saakaşvili Putinin şəxsi düşmənidir. Əgər iyul-avqust aylarında Kreml hərbi əməliyyatlara başlamasa, o halda ən azından yanvarı gözləməli olacaq. Bu vaxt ərzində isə Kiyevdə rejim yalnız möhkəmlənəcək. Məsələ yalnız ondan ibarətdir ki, hərbi əməliyyatlar hansı bəhanə ilə bərpa olunacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm