Ev pitonu sahibəsini öldürdü
Bizi izləyin

Dünya

Ev pitonu sahibəsini öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində ev pitonu sahibəsini öldürüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə şöbəsindən bildirilib.

Polis əməkdaşları Sankt-Peterburq şəhərinin Kalinin rayonunda bir mənzildə qadın cəsədini aşkar ediblər. Onun pitonun dişləməsindən sonra allergik reaksiya nəticəsində öldüyü təxmin edilir.

“O, mənzildə bu ilanı bir neçə ildir ki, saxlayırdı”, - hüquq-mühafizə orqanlarındakı mənbə dəqiqləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm