Qədim Misirə aid altı sərdabə tapılıb
Bizi izləyin

Dünya

Qədim Misirə aid altı sərdabə tapılıb

Misirin cənubunda Asuan şəhəri ərazisində arxeoloqlar tərəfindən qədim Misir epoxasına aid altı sərdabə tapılıb. Onların yaşı təxminən 2,5 min ildir.

Bu barədə məlumatı yerli KİV-lər Misirin qədim abidələr və mədəni irs naziri Mamdux əd-Damatiyə istinadla verirlər.

Sərdabələrdə mumiyalar, habelə saxsı qablar və tanrıların taxta heykəlləri tapılıb. Hər sərdabə 3-4 otaqdan ibarətdir. Onlara pilləkənlə enmək mümkündür. Eksponatlar Misir fironlarının 26-cı sülaləsinə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm