ABŞ İraqa əlavə əsgər göndərir
Bizi izləyin

Dünya

ABŞ İraqa əlavə əsgər göndərir

ABŞ prezidenti Barack Obama İraqın Anbar əyalətindəki hərbi bazaya 450-dək əlavə əsgər göndərilməsini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu qüvvələr İslam Dövləti qrupu ilə mübarizə aparan İraq qüvvələrinə təlim keçməklə məşğul olacaq. Ağ evin məlumatına görə, Obama həmçinin İraq qüvvələrinə təcili lazımi avadanlıq və texnikalar çatırılmasını göstəriş verib.

Ağ ev bildirir ki, Obama qərarı İraqın baş naziri Haidar al Abadinin xahişi və Pentaqon rəsmiləri ilə məsləhətləşmələr əsasında qəbul edib.

Plana əsasən İraqdakı ABŞ təlim yerlərinin sayı 4-dən 5-ə qaldırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm