Kadırov: “Çeçen batalyonu çoxdan Kiyevə çatardı”
Bizi izləyin

Dünya

Kadırov: “Çeçen batalyonu çoxdan Kiyevə çatardı”

“Mənə deyirlər ki, seçkiqabağı kampaniyada Rusiya prezidentinin təsvirindən istifadə etmək olmaz. O halda kimlə şəkil çəkdirməliydim, Obama ilə? Mən nə Obama, nə də Merkellə şəkil çəkdirmək istəmirəm”.

Publika.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İnterfaks” agentliyinə müsahibəsində ona yönələn tənqidlərə cavab olaraq deyib.

“Mən öz prezidentimin yanındayam, mən onun nümayəndəsiyəm. Cəfəngiyat danışırlar. Əgər onlar məni prezidentin yanında görməkdən utanırlarsa, o halda məni niyə saxlayırlar? Xudahafiz desinlər və hər şey bitsin”, - Kadırov bildirib.

Çeçenistan prezidentin sözlərinə görə, növbəti seçkilərdə 90 faizdən az səs qazanacağından əmin olacağı halda seçkilərdə iştirak etməyəcək. O, nə Rusiya hökuməti, nə prezident administrasiyası, nə də Dövlət Duması və Federasiya Şurasında işləmək üçün iddia etmədiyini deyib.

Ukraynanın şərqində çeçenlərin vuruşması barədə səslənən iddialara gəlincə, Kadırov orada çeçen könüllülərin döyüşdüyünü vurğulayıb: “Orada yalnız çeçenlər vuruşmurlar, hətta amerikalılar da oradadır. İnsanlar Ukrayna rəhbərliyinin haqsızlığını görürlər, Donetsk və Luqansk xalqını müdafiə etməyə gedirlər. Bu normaldır. Amma orada çeçen batalyonunun mövcud olması barədə deyilənlər cəfəngiyatdır. Əgər orada çeçen batalyonu olsaydı, Donbaş hövzəsində hər şey bitər və onlar çoxdan Kiyevə çatardılar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm