Bu əməliyyat tarixə qovuşur
Bizi izləyin

Dünya

Bu əməliyyat tarixə qovuşur

Finlandiyalı alimlər appendisit əməliyyatının çarəsini tapıblar.

Publika.az xəbər verir ki, həkimlər erkən mərhələdə appendisitin antibiotiklərlə müalicə edilə biləcəyini müəyyənləşdiriblər. Onlar bununla da, əməliyyata ehtiyac olmayacağını bəyan ediblər.

Alimlərin araşdırmasına görə, 10 günlük antibiotik müalicəsi ilə iltihab aradan qaldırıla bilər.

Alimlər 530 xəstəni 2 qrupa ayırıblar. Birinci qrupdakılar əməliyyat edilib, ikinci qrupdakılara isə 10 günlük antibiotik müalicə tətbiq edilib.

İlk qrupdakıların birindən başqa, hamısı sağalıb. İkinci qrupdakıların 73%-i sağalıb, 27%-i isə əməliyyat edilib.

Bu təcrübənin nəticəsində alimlər appendisitin müalicə ilə sağala biləcəyi qənaətinə gəliblər. Bundan sonra alimlər appendisit xəstələrinə əməliyyatla yanaşı, müalicəni də təklif edəcəklərini bəyan ediblər. Araşdırmanın nəticəsi Amerikan Tibb Jurnalında yayımlanıb.

Qeyd edək ki, appendisit əməliyyatı 100 ildir aparılır. Bu yeniliyin appendisitdə əməliyyat dövrünə son qoyacağı bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm