Poroşenko Rusiyanın yeni taktikasını açıqladı
Bizi izləyin

Dünya

Poroşenko Rusiyanın yeni taktikasını açıqladı

“Ukrayna qarşısında hazırda yeni çağırışlar dayanır. Rusiya həkətlərinin taktikasını dəyişdirib”.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşdə deyib.

Dövlət başçısı Təhlükəsizlik Xidmətinin yeni sədrliyinə namizədliyini irəli sürdüyü Vasiliy Qrisakı təqdim edib. Poroşenko qeyd edib ki, Qrisak Ali Radanın üzvlərini öz qabiliyyətlərinə inandırmalıdır.

“Rusiya Federasiyası hərəkətlərinin taktikasını dəyişdirib. Rusiya daha əvvəllər təmas xətti boyunca hərbi müvəffəqiyyətlərə bel bağlayırdı. Amma indi Ukrayna Silahlı Qüvvələrinin döyüş bacarığı və effektliyi əhəmiyyətli dərəcədə güclənib. Rusiyanın hazırkı taktikası Ukraynanın daxilində partlayış fəaliyyətini aktivləşdirməkdir”, - Poroşenko deyib.

Prezident Qrisakın uzun müddət Təhlükəsizlik Xidmətində işlədiyini, son bir ildə Təhlükəsizlik Xidmətinin yanında terrorçuluğa qarşı mərkəzə rəhbərlik etdiyini bildirib.

Xatırladaq ki, Ali Rada 18 iyunda Təhlükəsizlik Xidmətinin sədri Valentina Nalivayçenkonun vəzifəsindən çıxardılması haqqında qətnaməni qəbul edib. Onun vəzifələrini müvəqqəti olaraq Vasiliy Qrisak icra edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm