ABŞ Ukraynaya 300 milyonluq silah göndərir
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya 300 milyonluq silah göndərir

ABŞ Konqresinin Senatı Ukraynaya hərbi yardımı da nəzərdə tutan 612 milyard dollarlıq hərbi büdcə layihəsini qəbul edib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 71 senator layihənin lehinə, 25-i isə əleyhinə səs verib.

Hərbi büdcəyə respublikaçı senator Roba Partmanın təşəbbüsü ilə qəbul edilən düzəliş Ukraynaya hərbi geyimlər, atıcı silahlar, qumbaraatanlar və digər silahların çatdırılmasına icazə verir. Sənədin mətninə əsasən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamenti ilə koordinasiya olunmuş şəkildə Ukraynaya hərbi avadanlıqlar və silahların çatdırılması, həmçinin Ukrayna ordusuna logistik dəstək üçün 300 milyon dollara qədər xərcləmək hüququna malikdir.

Ağ Ev isə Ukraynaya silahların çatdırılmasına qarşı çıxır və qanun layihəsinə Barak Obama tərəfindən veto qoyulacağı gözlənilir.

Bir çox Avropa ölkəsi də Ukraynaya silah ixracına qarşı çıxır. Almaniya, Fransa, Danimarka, Estoniya, İtaliya, Macarıstan və Polşa hesab edir ki, Ukraynaya verilən silahlar Donbas hövzəsindəki vəziyyəti daha da gərginləşdirə bilər. Ağ Ev bu məsələdə gözləmə mövqeyini tutmağa üstünlük verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm