Almaniyada jurnalist həbs edildi
Bizi izləyin

Dünya

Almaniyada jurnalist həbs edildi

Əl-Cəzirə kanalının müxbiri Əhmed Mənsur Misir hökumətinin sorğusu əsasında Berlin hava limanında saxlanıb.

Publika.az-ın məlumatına görə, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb. Məlumata görə, kanalın baş direktoru Mostefa Souag onun dərhal sərbəst buraxılmasını tələb edib:

«Əhməd Mənsur Ərəb dünyasında ən çox hörmət edilən jurnalistdir. Onun dərhal sərbəst buraxılmasını tələb edirik. Misir hökumətinin jurnalistlərə hədə və təzyiqi hər kəsə yaxşı məlumdur».

Mənsur iyulun 20-də "Qatar" hava yolları şirkətinə məxsus Berlindən Dohaya uçan təyyarəyə minərkən saxlanılıb.

Mənsur 2011-ci ildə bir vəkilə işgəncə verməkdə ittiham olunur. Onun barəsində 2014-cü ildən 15 il müddətinə azadıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarılıb. Əl-Cəzirə Mənsurun həbsinin siyasi xarakter daşıdığını deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm