İŞİD Kobanidən çıxarıldı
Bizi izləyin

Dünya

İŞİD Kobanidən çıxarıldı

Kürd döyüşçüləri İslam Dövləti yaraqlılarını Suriyanın Kobani şəhərindən çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qrupun şəhərin əksər hissəsini ələ keçirməsi ilə 174 mülki vətəndaş həlak olub.

Şahidlərin dediyinə görə, bu gün şəhərdə çoxlu insan cəsədi aşkar edilib. Onların əksəriyyətinin ailə üzləri olduğu təxmin edilir. 16 kürd döyüşçüsü və 54 cihadçı döyüşlər zamanı həlak olub.

Müşahidə Qrupuna əsasən, üç il öncə böhran başlayandan bəri bu, Suriya vətəndaşlarının ikinci böyük qətliamıdır.

Ən böyük qətliam isə avqust ayında ekstremistlərin Suriyanın şərqində əl-Şeytat qrupunun 700 üzvünü qətlə yetirməsi ilə baş verib.

Yerli jurnalistlər Kobaninin tam nəzarətinin kürdlərin əlində olduğunu xəbər verir.

Hazırda gizlənmiş yaraqlıların axtarışı aparılır.

Bu ilin əvvəllərində ABŞ-ın hava hücumlarının müşayiəti ilə Kobani yaraqlılardan geri alınmış, daha sonra isə yenidən İslam Dövlətinin nəzarətinə keçmişdi.

Son həftələr İslam Dövləti yaraqlıları Suriyanın şimalında bir sıra uğursuzluğa məruz qalıb.

Suriyada 2011-ci ilin mart ayında başlayan və hələ də davam edən döyüşlər nəticəsində 220 min insan həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm