7 yaşlı uşaq cinsini dəyişə bilər
Bizi izləyin

Dünya

7 yaşlı uşaq cinsini dəyişə bilər

Norveç hökumətinin yeni qanun layihəsinə görə, 7 yaşlı uşaqlar cinsini dəyişə biləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Norveç cinsini dəyişmək istəyənlər üçün ən aşağı yaş həddini müəyyən edən ilk ölkələrdən biri olacaq.

Norveçin səhiyyə naziri yeni qanun layihəsindən razılığını bildirib. Çünki bir çox ölkələrdə insanlar cinsini 18 yaşdan sonra dəyişə bildiyi halda, Norveç daha da irəli gedərək yaş həddini 7-yə salıb.

Səhiyyə nazirinin sözlərinə görə, cinsi dəyişməzdən əvvəl uşaqlar öz valideynləri ilə bunu müzakirəyə çıxaracaqlar. Bundan sonra onlar hər hansı bir psixi və ya tibbi müayinədən keçmədən cinsini dəyişə bilər.

Qeyd edək ki, Norveçin səhiyyə naziri Bent Höye özü cinsi azlıqların nümayəndəsidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm