Məscidlərə hücum: 100 ölü
Bizi izləyin

Dünya

Məscidlərə hücum: 100 ölü

Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları dünən iftar vaxtından əvvəl məscidlərə hücumlar təşkil ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Borno vilayətində baş verib.

Hücumlarda 100-ə qədər adam həyatını itirib.

Adı yerli hausa dilində “Qərb tərzində təhsil qadağandır” anlamına gələn “Boko Haram” 160 milyon əhalisi ilə Afrikanın ən sıx ölkəsi olan Nigeriyanın şimalında 2002-ci ildə qurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm