Merkel Afinadan yeni təklifləri istədi
Bizi izləyin

Dünya

Merkel Afinadan yeni təklifləri istədi

Yunanıstanda iyunun 5-də keçirilən referendumdan “xeyr” cavabının çıxmasından sonra ölkənin baş naziri Aleksis Çipras ilə Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, Çipras və Merkel Yunanıstanın yeni təklifləri təqdim etməsi mövzusunda razılaşıblar.

Adının çəkilməsini istəməyən almaniyalı səlahiyyətli telefon söhbəti ilə bağlı digər detalları açıqlamayıb.

Rusiya prezidenti Vladimir Putin isə Aleksis Çiprasa zəng edərək dəstək verib: “Rusiyanın Yunanıstan xalqının yanında olacağına şübhəniz olmasın”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm