Dünya
Rusiyalı deputatdan 100 kiloqram dollar götürüldü
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda “Siti İnvest Bank”ının ofisində 100 kiloqram dollar götürüblər.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “Siti İnvest Bank” Dövlət Dumasının deputatı Aleksey Lısyakova aiddir.
Amma məlumatın rəsmi təsdiqi yoxdur. Nəşrin məlumatına görə, pul binaya basqından sonra götürülüb. İyulun 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq işi üzrə “Siti İnvest Bank”ın yerləşdiyi Qaqarin küçəsindəki 4 nömrəli evə gəliblər. Lakin rəhbərlik müstəntiqləri ofisə buraxmaqdan imtina edib. İyulun 2-də isə Federal Təhlükəsizlik Xidmətinin tədqiqatçıları ilə İstintaq Komitəsinin əməkdaşları “Siti İnvest Bank”a gəliblər.
Nəşr iddia edir ki, aşkar edilmiş sənədlərə əsasən, pul Dövlət Dumasının deputatı Aleksey Lısyakovaya aiddir. Dollar və rublla olan pulun ümumi çəkisi təxminən 100 kiloqram təşkil edir.
Deputat “Ədalətli Rusiya” Partiyasını təmsil edir.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq