Kimyəvi silahları vətəndaşlarının üzərində sınaqdan keçirdi – ŞOK
Bizi izləyin

Dünya

Kimyəvi silahları vətəndaşlarının üzərində sınaqdan keçirdi – ŞOK

Şimali Koreyanın gənc lideri Kim Çen İn kimyəvi silahları öz vətəndaşları üzərində sınaqdan keçirir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreyadan Finlandiyaya qaçan elm adamı bildirib.

Şimali Koreya İnsan Haqları Komitəsindəki bir mənbə Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonhap”a açıqlamasında deyib ki, 47 yaşındakı bioloji silah mütəxəssisi çalışdığı araşdırma mərkəzindən ötən ayın 6-da qaçıb. Araşdırma mərkəzi Şimali Koreya-Çin sərhədində yerləşir.

İddiaya görə, yalnız soyadı Leenin olduğu deyilən alim bioloji və kimyəvi silahların insanlar üzərində sınaqdan keçirildiyini sübut edən 15 gb ölçüsündə yaddaş kartına malik olduğunu bildirib. ABŞ-da yerləşən Şimali Koreya İnsan Haqları Komitəsinin direktoru Qreq Skarlatouiu Finlandiyanın “Helsingin Sanomata” nəşrinə açıqlamasında sözügedən iddiaların etibarlı olduğunu söyləyib. O, ötən illərdə də əsir düşərgələrində insanlar üzərində bənzər sınaqların keçirildiyinə dair iddiaların səsləndirildiyini deyib.

Filippin üzərindən ölkəni tərk edən Leenin bu ayın sonunda Avropa Parlamentində çıxış edəcək. Beynəlxalq Böhran Qrupunun Şimali Koreya üzrə analitiki Daniel Pinkston “Telegraph” qəzetinə açıqlamasında Leenin Avropa Parlamentində verəcəyi məlumatların diqqətlə izləniləcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm