Ekologiya
Bakıda 28, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 15-18, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO