Ekologiya
Neft buruqlarının ətrafını zibilliyə çevirdilər
Neft buruqlarının yaxınlığını zibilxanaya çevirən şəxslər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, Bakı şəhəri, Yeni Ramana qəsəbə sakini Ə.Cabbarovun yaşadığı ünvanın yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb.
“Şikayətçinin və Ramana qəsəbəsi bələdiyyə nümayəndəsinin
iştirakı ilə baş tutan araşdırmada sözügedən əraziyə keçirilən
baxış zamanı 150 m2 sahədə məişət tullantılarının qalaqlandığı,
kommunikasiya xətlərinin və neft buruqlarının mövcud olduğu müəyyən
edilib.
Tullantıları atan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb
olunması məqsədi ilə Nazirlik tərəfindən Sabunçu Rayon Polis
İdarəsinə müraciət olunub. Nazirliyin əməkdaşları tərəfindən
Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Ramana
Bələdiyyəsinə verilmiş məcburi göstərişin icrası olaraq ərazi
məişət tullantılarından təmizlənib və tullantıların atılmasını
qadağan edən xəbərdaredici lövhə yerləşdirilib”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR