Bayılda SÜRÜŞMƏ: 16 mərtəbəli binada ÇAT YARANDI
Bizi izləyin

Ekologiya

Bayılda SÜRÜŞMƏ: 16 mərtəbəli binada ÇAT YARANDI

“Bayılda Buxta küçəsində baş vermiş sürüşmə ilə əlaqədar 11 mayak quraşdırılıb. Bu günə olan məlumata görə sürüşmə sahəsində aktivlik müşahidə edilmir”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, hazırda aktivliyin müşahidə edilməməsi sürüşmə sahəsində tam sakitliyin yaranması anlamına gəlmir:

“Son məlumata görə, Buxta küçəsində yerləşən sovet dövründə tikilmiş 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb. Hazırda əməkdaşlarımız ərazidədir. Köməkçi tikilidə baş verən çat gözlə görünür. Lakin daha dəqiq rəy hazırlamaq üçün araşdırma aparılmalıdır. Yalnız bundan sonra binada yaşayışın təhlükəli olub-olmaması barədə rəy hazırlaya bilərik”.

Ə.Qaralov ərazinin aktiv sürüşmə zonası olduğunu bildirib:

“Ərazidə vəziyyət gərgindir və gələcəkdə də gərgin olaraq qalacaq. Biz isə gündəlik vəziyyəti müşahidə edirik. Bu saata olan məlumata görə, sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur”.

Qeyd edək ki, mayın 15-də saat 20.00 radələrində Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib. Ərazidəki evlərin ikisi tamamilə uçub, ikisi yararsız hala düşüb, 20 ev isə qəzalı vəziyyətdədir. Həmin evlər üçün təhlükə ola biləcəyindən ərazidən köçürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm