• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Parlaq saçlar üçün təbii üsul

Parlaq saçlar üçün təbii üsul

Saçlarınızın daha sağlam və parlaq görünməyini istəyirsinizsə, mineral sudan yararlanmalısınız.

Publika.az-ın təqdim etdiyi bu məsləhətlərə əməl edərək xəyalınızdakı saçlara qovuşa bilərsiniz.

Bildiyiniz kimi, Günəşin ultrabənövşəyi şüaları, çirkli hava, hovuz və dəniz suyu, saç boyaları saçı korlayır. Bir çox qadın saçının gec uzanmasından, qırılıb tökülməsindən və ən əsası – saçların sönük görünməsindən şikayət edir. Bütün bu problemlərdən mineral sudan istifadə edərək xilas olmaq mümkündür.

Mineral su saç köklərinin güclənməsini təmin edir. Saçların ən çox sodium, dəmir və maqneziuma ehtiyacı olur. Mineral suda bunların hamısı var.

Mineral su saç tellərini möhkəmləndirir, kəpəyi aradan qaldırır. Bunun üçün həftədə iki dəfə saçınızı mineral su ilə yumalısınız. Əvvəlcə saçınızı adi qaydada şampunla yuyub təmizləyin. Hamamdan çıxmazdan öncə mineral su ilə saçları təkrar yuyun.

Bir ay ərzində fərqi hiss edəcəksiniz.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>