• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

34 yaşında 18 yaşlı gənc qız kimi görünən aktrisa – FOTOLAR

34 yaşında 18 yaşlı gənc qız kimi görünən aktrisa – FOTOLAR

Bu gün Hollivudun ən cazibədar aktrisalarından biri Cessika Albanın doğum günüdür. Bu gün onun düz 34 yaşı tamam olur. Publika.az bu münasibətlə 2 uşaq anası olan bu cazibədar xanımın gözəllik sirlərini, onun ən çox yadda qalan qırmızı xalı obrazlarını təqdim edir:

Sağlam qidalanma: Hollivudun ən gözəl aktrisasının əsas sirri qidalanmasındadır. O, hər kəsi heyran qoya bilmək üçün yediklərinə fikir verir. Xüsusən də, təbii qidalara üstünlük verir. Gözəl görünmək istəyənlərə tərkibində kimyəvi maddələr olan qidalardan uzaq durmağı tövsiyə edir. Çünki bədən onlarla mübarizə aparmaq üçün yağ hüceyrələri istehsal edir. Tərəvəzləri xoşladığı üçün bəzilərini çiy yeməyə, ya da suyunu çəkib içməyə üstünlük verir. Həmin sular aclığı yatızdırmaq üçün əla vasitə olmaqla yanaşı, tərkibi də zəngindir. Tərkibi mineral və vitaminlərlə dolu tərəvəz suyu olmasaydı, 34 yaşlı aktrisa 20 yaşında gənc qız kimi görünməzdi ki...

Yeməkləri öz əlləri ilə bişirməyə üstünlük verir. Cazibədar aktrisa 12 yaşından bəri yeməklərini özü hazırlamağa vərdiş edib. Bu vərdişi də ailə üzvlərinin çox kök olması ilə bağlıdır. Cessika onlarla eyni taleyi yaşamamaq üçün kiçik yaşlarından az kalorili yeməklər hazırlamağa başlayıb. Salatlara hazır souslar qatmağın qəti əleyhinədir. Səhərlər həzm sistemini yaxşılaşdırmaq üçün omlet, meyvə və süzmə pendir yeməyi xoşlayır. Günortalar balıq və salat, axşamlar isə toyuq yeməklərinə üstünlük verir. Gün ərzində dərini gözəlləşdirən, tərkibi akntioksidantlarla zəngin olan quru meyvələrdən atışdırır. O, həm də dondurma dəlisidir. Hərdən dondurulmuş çiyələkli yoqurt da yeyir. Lakin şirniyyat və ağ çörəkdən qəti şəkildə imtina edib.

34 yaşlı gözəl həftədə 3 dəfə yaşıl yarpaqlı tərəvəzlərlə qidalanır. Rəngli tərəvəzlər onun gəncliyinin əsas sirridir. Daha çox çəki atmaq istəyənlərə də məsləhət görür ki, onları süfrələrindən əskik etməsinlər.

1981-ci il təvəllüdlü Cessika Alba yaşıl yarpaqlı qidaların bədən formasını qorumasında çox təsirli olduğunu söyləyir. O, hər hamiləlikdən sonra məhz yaşıl yarpaqlı qidalarla bəslənərək aldığı çəkini sürətli şəkildə atmağa nail olub.

Hollivud ulduzlarının yaşıl tərəvəz sularına nə qədər düşkün olduğunu bilməyən yoxdur. Alba da o ulduzlardan geri qalmır. Enerji almaq və qarnını doyuzdurmaq üçün az kalorili tərəvəz sularını seçir. O, gözəllik sirləri ilə bağlı verdiyi müsahibəsində tərəvəz suları haqqında "Tərəvəzlərin kalorisi çox aşağıdır. Ancaq bəzən onları içmək çox da əyləncəli olmur. Mən buna görə yaşıl tərəvəz sularımın içinə bir parça yemiş və ya yemiş suyu əlavə edirəm. Belə də tərəvəz suyu daha dadlı olur" - deyib.

Bol-bol su için: Aclığını yatızdırmaq və gün ərzində enerjili qalmaq üçün çoxlu su qəbul edir. Günə su içərək başlayan və hər yeməkdən əvvəl su içməyi tövsiyə edən gözəl aktrisa bu vərdişi sayəsində həm dərisinin gözəl olduğunu, həm də gərəksiz yerə kalori almadığını söyləyir.

İdman: Cessika Alba ideal bədən quruluşunu hər gün 45 dəqiqə idman etməyinə borcludur. Hamiləlik dövründə cazibədar aktrisa hətta 20 kq. kökəlmişdi. Aktrisa Həftədə 5 dəfə təmiz havada qaçır. 30 dəqiqədən az olmamaq şərti ilə velosiped sürür.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR