• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Botoks təsirli təbii bitki yağı

Botoks təsirli təbii bitki yağı

Təbiətə ecazkar gözəllik verən zanbaq bitkisindən hazırlanan zanbaq yağının faydalarını saymaqla bitmir. Zanbaq yağı zanbaq bitkisindən əldə edilir. Zanbaq bitkisi təxminən 1 metr yüksəkliyə qədər uzanan bitkidir.

Zanbaq yağından ən çox dəriyə qulluqda istifadə edilir. Eyni zamanda sağlamlıq baxımından da çox əhəmiyyətli olan bitkidir.

Zanbaq yağının nə kimi faydaları var?

Zanbaq bitkisinin müxtəlif rəngləri var. Qara, qırmızı, bənövşəyi, ağ və sarı zanbaq növləri vardır.

Zanbaq yağının əsas vəzifəsi dərini gözəlləşdirmək olsa da, diş ağrısı, menstruasiya sancısı və bədənin müxtəlif yerlərində olan ağrı və sancılara yaxşı təsir edir. Zanbaq yağı ağrı olan bölgəyə tətbiq olunanda ağrıların azalmasını təmin edir.Diş ağrısı, irin, iltihab kimi hallarda müalicəvi, ağrıkəsici xassəyə malikdir. Yel ağrılarının müalicəsində də istifadə olunur.Bundan başqa, revmatizm, oynaq ağrılarını da azaldır.

Zanbaq və zanbaq yağının faydaları yalnız bunlarla da məhdudlaşmır. Zanbaq yağından mütəmadi olaraq istifadə edildiyi zaman dəridəki qırışları azaldır və dərini hamarlaşdırır. Qocalma prosesini gecikdirdiyi üçün dermatoloqlar da bu bitkidən tez-tez istifadə etməyi məsləhət görürlər.

Zanbaq qoxusu çox xoş bir qoxu olduğundan ətir istehsalında da istifadə edilir.

Sellülitlə mübarizədə güclü təsirə malikdir.

Kosmetik məhsulların bir çoxunda istifadə edilir. Zanbaq yağı yumurta ağı və bal ilə qarışdırıldıqda dərini dartaraq botoks təsiri yaradır.

Zanbaq yağını əvvəl ovcun içinə tökün və lazım olan bölgəyə masaj edərək çəkin.

Zanbaq yağı necə hazırlanır?

Ərzaqlar:

Zanbaq bitkisi (bir ovuc dolusu)

Zeytun yağı (1 banka)

Zanbaq yağının hazırlanması: Bankaya saf zeytun yağını əlavə edin. Sonra zanbaqları çox nazik doğrayın və zeytun yağı ilə dolu bankın içərisinə əlavə edin. Bankanı 2 həftə ərzində gün düşən bir yerdə saxlayın. 2 həftədən sonra bankanı isti su ilə dolu qazanın içində saxlayın.

Suda bir qədər qaldıqdan sonra bankanın soyumasını gözləyin. Soyuduqdan sonra bankanın içərisindəki zanbaq yağını tənziflə süzün. Bu şəkildə evinizdə asanca zanbaq yağı hazırlaya bilərsiniz.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR