Ucuz və təbii tükçıxarma üsulu haqqında bilmədikləriniz
Bizi izləyin

Gözəllik

Ucuz və təbii tükçıxarma üsulu haqqında bilmədikləriniz

Üz, genital hissə, qol və ayaqların gözəl görünməsi üçün xoşagəlməz tükləri təmizləmək mütləqdir. Müasir dövrdə tükləri təmizləmək üçün bir neçə effektli üsullar təklif olunur. Lakin bəzi proseduralar baha olduğu üçün hamının cibinə uyğun gəlmir. Bu zaman xanımların çoxu tükləri ülgüclə təmizləməyə üstünlük verir. Lakin bu da dərinin qıcıqlanmasına səbəb olur. Bundan başqa, tüklər daha tez və cod çıxır. Odur ki, qısa tükləri ülgüclə təmizləmək əlverişli üsul sayılmır.

Xoşagəlməz tüklərdən xilas olmağın ən yaxşı üsulu yapışqan mum üsuludur. Yapışqan mum şam ağacı şirəsindən əldə edilir. Tərkibində heç bir kimyəvi vasitə yoxdur. Tükçıxarma vasitələri arasinda ənənəvi, sağlam, təhlükəsiz və ən məsləhətlisi hesab olunur. Hələ qədim zamanlarda, hələ ülgüc mövcud olmayanda qadınlar tükləri məhz bu yolla təmizləyirdilər. Mum üsulu ilə təmizlədikdə tüklər gec və nazik çıxır. Lakin mum üsulunun da özünə görə çətinliyi var. Belə ki, digərlərindən fərqli olaraq bu prosedura ağrılıdır. Ağrının olması üçün mum üsulu ilə bir qədər ehtiyatlı olmaq lazımdır. Publika.az-ın gözəllik bölməsi bu məsələdə sizə yardımçı olacaq bəzi faydalı məlumatları təqdim edir:

Bu üsuldan istifadə etməzdən əvvəl dərinin təmiz və quru olmasından əmin olun. Bu prosesin ağrılı olmasını istəmirsinizsə, apteklərdən keyləşdirici sprey, krem və bez ala bilərsiniz. Həmin spreylər ağrı hissini azaldacaq.

Tük çıxardan yapışqanı dəri tipinə görə seçin. Dəriyə vurmazdan əvvəl hər iki əlinizin içi ilə bir qədər isidin. Bu, yapışqanın tükləri daha yaxşı çıxartması üçün vacibdir. İstədiyiniz konsistensiya əmələ gəldikdən sonra istifadəyə hazır olacaq.

Ayaqlar üçün böyük yapışqanlar yapışdırın və əks istiqamətdə çəkin.

Cinsi orqanın ətrafı və qoltuq altlarına yapışqanı çox asta şəkildə yapışdırın və tüklərin çıxış istiqamətinin əksinə çəkin. Yapışqanı sürətlə çəkməsəniz, ağrı daha çox hiss olunacaq. Digər tərəfdən, tüklər dəridən qopmayacaq.

Üz dərisi də həssas olduğundan ehtiyatlı davranmaq tələb olunur. Ümumiyyətlə, bu işin sirri ondadır ki, dərinin zərər görməməsi üçün yapışqanı ehmalca yapışdırıb kəskin şəkildə də çəkməlisiniz.

Dəridə qalan yapışqanları zeytun yağına batırılmış pambıqla silə bilərsiniz. Lakin bunu tükləri tamamilə təmizlədikdən sonra etməlisiniz. Əks halda, yapışqan yağlı dəriyə yapışmayacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm