• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Buz qəlibləri dərini necə gözəlləşdirir?

Buz qəlibləri dərini necə gözəlləşdirir?

Buz qəliblərindən dərini gözəlləşdirmək üçün istifadə edildiyini bilirdinizmi? Publika.az buzun daha əvvəl bilmədiyiniz faydalarını təqdim edir:

Makiyajdan öncə üzünüzə sürtün

Dərini əvvəlcədən makiyaja hazırlamaq çox əhəmiyyətlidir. Tonal kremdən əvvəl dəriyə yüngülcə buz sürtsəniz, makiyaj üzünüzdə daha uzun müddət qalar.

Dərini sıxlaşdırır

Buz məsamələri sıxlaşdırır və dərini dartaraq qırışları aradan qaldırır. Bu isə üzü daha təravətli göstərir. Eyni zamanda, qan dövranını tənzimləyir və sızanaq əmələ gəlməsini əngəlləyir.

Şişmiş gözləri rahatlaşdırır

Gecə gec yatmısınızsa, böyük ehtimalla gözləriniz şişib. Şişmiş gözləri rahatlaşdırmaq üçün buz qəlibinin içinə yaşıl çay qoyun və dondurun. Sonra bu yaşıl çay buzlarını yavaşca gözlərinizin altına sürtün.

Qırmızı ləkələri azaldır

Üzünüzdən sızanaq çıxacağını hiss edirsinizsə, qızaran yerə dərhal buz sürtün. Buz, eyni zamanda, sızanaq izlərini də azaldır.

Qaşlarınızı almadan əvvəl keyləşdirir

Buzu qaşların alındığı hissələrə sürtün və bir az gözləyin. Yüngül uyuşma başlayanda qaşların alınmasına başlaya bilərsiniz. Özünüz də görəcəksiniz ki, ağrı daha az hiss olunacaq.

Günəş yanıqlarını rahatlaşdırır

Günəş yanıqlarının səbəb olduğu ağrını yüngülləşdirmək üçün bir az su ilə bir qədər əzvay bitkisinin yarpaqlarından əldə edilən geli buz qəlibinə tökün və dondurun. Sonra buz qəliblərini bədəninizə sürtün.

Dərinizə sağlam parıltı verir

İçinə su qatılmış portağal şirəsini buz qəlibinə töküb dondurun. Həmin buz parçaları ilə üzünüzü 1 dəqiqəyə qədər masaj edin. Bu qarışıq həm üzü təmizləyir, həm də dəriyə sağlam parıltı verir.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR