Nazir müavini: “1200 nəfərdən çox şəxs...”
Bizi izləyin

İqtisadi gündəm

Nazir müavini: “1200 nəfərdən çox şəxs...”

“1200 nəfərdən çox şəxs vergi orqanlarına işə götürülüb”

Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış edib.

O deyib ki, Azərbaycanda 2005-ci ildən vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir və bu müddət ərzində 1 200 nəfərdən çox şəxs işə götürülüb. S.Ələkbərovun qeyd edib ki, hazırda Nazirlik əməkdaşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib.

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb: “Əsasən də qadınların layihə çərçivəsində aktivliyi yüksəlib”.

Fransa səfirinin müavini xanım Fabyen Droyt Lozinski isə deyib ki, gələn ildə ikinci Tvinninq Layihəsinə start veriləcək: “İspaniyanın müvafiq agentliyi ilə birlikdə biz Azərbaycanda ikinci Tvinninq Layihəsinin reallaşdırılmasına hazırıq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm