İqtisadi gündəm
Prezident Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verdi
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının
üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.
Bu barədə millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə
görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin
edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına
15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı
üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim
olunacaq”.
Deputat bildirib ki, valyuta bazarının stabilləşməsi vacib
məsələdir. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə
orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi
tərəfindən “qara bazar”lara qarşı tədbirlər görülür.
“Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara
bazar” deyil, elə bankların özləri də dollar satışını
dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə
Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar
mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə
söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki
olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün
günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər
addımlar da atılacaq”.
Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına gəlincə,
deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac
yoxdur: “Ölkədə fəaliyyət göstərən bankların filialları var və
onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal
işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, kifayət qədər
valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin.
Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə
limanlarında artırmaq lazımdır ki, heç bir problem olmasın”.
(azvision.az)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu