İqtisadi gündəm
Rusiya nədən çəkinir?
Rusiya prezidenti Vladimir Putinin ayrı-ayrılıqda Azərbaycan və
Ermənistan prezidentlərilə görüşünü politoloq Fikrət Sadıqov şərh
edib.
- Soçidə baş tutacaq görüş digərilərindən nə ilə fərqlənir?
- Bu görüş digərlərindən belə bir çətin geosiyasi vəziyyəti ilə
fərqlənir. Yəni Qərblə Rusiya arasında qarşıdurma fonunda, özəliklə
də Rusiyanın xüsusi təşəbbüsü ilə bu cür görüşün keçirilməsi
fərqlidir. Bu, onu sübut edir ki, Rusiya Ermənistanın bir müttəfiqi
kimi münasibətlərini əvvəlki səviyyədə saxlamaqda maraqlıdır. Eyni
zamanda o da başa düşür ki, Azərbaycan onun strateji partnyorudur.
Hazırda indiki və gələcək zamanlarda Azərbaycan çox önəmli
partnyoru ola bilər. Nəzərə alsaq ki, belə bir görüş məhz axırınci
dəfə gedən döyüşlərdən sonra baş tutur. Mənə elə gəlir ki, həm
Ermənistan, həm də Rusiya müəyyən mənada çəkinirlər. Buradakı
vəziyyətdən həm Ermənistan, həm də Rusiya çox narahatdırlar.
Ermənistan təşviş vəziyyətinə düşüb. Sonda isə danışıqlar ona
gətirib çıxaracaq ki, yenidən bizi sülhə, əməkdaşlıq etməyə və
atəşkəsə riayət etməyə dəvət edəcəklər və s.
- Sizin fikrinizcə, görüşün nəticəsi nə ola bilər? Bundan əvvəl
Azərbaycan tərəfi bəyan etmişdi ki, predmetsiz danışıqlarda iştirak
etmək istəmir. Hazırkı məqamda Azərbaycan danışıqlardan nə
gözləyir?
- Əminəm ki, burada da bövlət başçısı heç bir əlavə kompromisə
getməyəcək və bir daha Azərbaycan sərt növqeyini bildirəcək və
bəyan edəcək ki, Azərbaycan heç bir vaxt yaranmış status-kvo ilə
razılaşmayacaq. Gec-tez Azərbaycan işğal edilmiş torpaqları azad
etməkdə israrlıdır. /ANS/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu