Nazir Azad Rəhimovun Afinaya rəsmi səfəri başladı
Bizi izləyin

İqtisadi gündəm

Nazir Azad Rəhimovun Afinaya rəsmi səfəri başladı

2015-ci ildə Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkil edəcəyi tədbirlərdə iştirak etmək məqsədi ilə, gənclər və idman naziri Azad Rəhimovun 26 sentyabr 2014-cü il tarixdən başlayaraq Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır.

Tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərgi təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaqdır.

Səfər 28 sentyabr tarixinədək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm