İqtisadi gündəm
Sabah çətirsiz bayıra çıxmayın
Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən
buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman,
lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb
küləyi 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək.
Gündüz şimal-qərb küləyi 9-14 m/s təşkil edəcək, axşama doğru
arabir 18-23 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a verilən məlumata görə, havanın
temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10°
isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm
civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə
75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı,
bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə
3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və
səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında
yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi
5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək
güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5°
isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə
duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25
m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9°
isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci
yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 18-23
m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək
isti, gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama
doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq,
arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Temperaturun
gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin
axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s
olacaq, gecə dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək,
axşam şimal-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın
temperaturunun gecə 3-5°, gündüz 6-10° isti, dağlarda gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu