İqtisadi gündəm
Türkiyənin qorxduğu “zəhərli ayaqqabılar”- Azərbaycanda
Türkiyənin Gömrük və Ticarət Nazirliyinin mətbuat və xalqla əlaqələr müşavirliyi qeyri-qanuni satışa çıxarılan 19 min 920 cüt, 9 model ayaqqabının 2368 cütünün satışdan çıxarıldığını, 1947 cütünün isə hələ də gömrükdəki depoda saxlanıldığını açıqlayıb.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, 15 model ayaqqabıdan 12-nin test nəticələri ayaqqabıların istifadəyə yararsız, yəni təhlükəli olduğunu göstərib. Yalnız 3 modelin test nəticəsi bu məhsulların satışa yararlı olduğunu göstərib.
Xəbərdə qeyd edilir ki, “Denge Enternasyonal Ayakkabıcılık İth. İhr. San. ve Tic. Ltd. Şti” şirkəti Çində istehsal edilən və tərkibinə təhlükəli kimyəvi maddələr qatılan ayaqqabılar “Arow”, “Arow Men” və “Arow Kids” markalı 19 min 920 cüt, 9 model ayaqqabının təhlükəli olduğunu bildiyi halda onları satışa çıxarıb.
Qeyd edək ki, artıq bir həftədir Türkiyə mətbuatı “zəhərli ayaqqabı”ların şəklini yaymaqla əhalini maarifləndirməyə çalışır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, Çində istehsal olunan, tərkibinə kimyəvi maddələr qatılan bu cür ayaqqabılar Azərbaycana da gətirilir: “Çin bu ayaqqabıları tullantılardan hazırlayır. Onlar daha çox başqa ölkələrə satış üçün nəzərdə tutulub. Bu ayaqqabılar satışa topdansatış şəklində yox, kiloqramlarla çıxarılır. Azərbaycanlı iş adamları, tacirlər isə ucuz qiymətə aldıqları ayaqqabıların təhlükəli olub-olmadığına fikir vermir, belə məhsulları bir ucdan ölkəmizə daşıyırlar”.
E.Hüseynov onu da dedi ki, Çindən gətirilən təhlükəli ayaqqabılar əsasən “Binə” ticarət mərkəzində satışa çıxarılır: “Azərbaycanda müstəqil laboratoriya, müstəqil ekspertlər olmadığından bir çox məhsulların, o cümlədən ayaqqabıların nə dərəcədə təhlükəli olduğunu bilmirik. Azərbaycan ekspertizasi dünya ekspertizasinın ardınca sürünür. Halbuki kimyəvi maddələrdən hazırlanan ayaqqabılar orqanizmin zəhərlənməsinə, hətta dəri xərçənginin yaranmasına səbəb ola bilər. Əhalinin məlumatlandırma səviyyəsi də aşağıdır, heç kim hansı məhsulların təhlükəli olduğunu bilmir”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu