• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Deputat: “Kürəkənim yaşlı sakinlərə kreditlər verir”

Deputat: “Kürəkənim yaşlı sakinlərə kreditlər verir”

“Hazırda kürəkənim bank rəhbəridir və fəaliyyəti də sırf Azərbaycanla bağlıdır. Hətta, indi həmin bankın rayonlarda filialları açılıb və yaşlı sakinlərə müxtəlif kreditlər verilir”.

Bu sözləri Publika.az-a açıqlamasında “Odlar Yurdu” universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında bank sektorunun fəaliyyətinə toxunması məsələsinə münasibət bildirərkən deyib.

Ə.Vəliyev kürəkəninin xarici ölkədə hər hansı biznes fəaliyyəti olmadığını deyib: “Hesab edirəm ki, indi təkcə bank işçiləri deyil, hər bir Azərbaycan vətəndaşı müəyyən fəaliyyətlə məşğul olursa, bunu fəaliyyəti ölkədə göstərməsi daha məqsədəuyğundur. Doğrusu, kənar ölkədə biznes işi quran Azərbaycan vətəndaşlarına çox pis baxıram. Gedib xaricdə hər hansı iş qurmaqdansa, öz ölkəmizdə biznes qurub onu daha da inkişaf etdirmək lazımdır. İstənilən sahə üzrə xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları öz ölkəmizdə fəaliyyət göstərsə, daha yaxşı olar. Azərbaycanda fəaliyyətlə yanaşı, xarici ölkələrdə pul qazanıb onu ölkəmizə gətirirlərsə, bunu da alqışlamaq lazımdır. Yəni, hər hansı xarici ölkədə biznes fəaliyyəti ilə məşğul olub, oradan əldə etdiyi gəliri Azərbaycana yönəldirsə, bu da yüksək qiymətləndirilməlidir. Bu mənada cənab Prezidentin ötən gün banklarla bağlı söylədiyi fikirlərlə tam razıyam”.

Xatırladaq ki, “Muğanbank” ASC-nin əsas səhmləri Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevə məxsusdur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR