İqtisadi gündəm
Əlağa Vahidin 120 illik yubileyi keçiriləcək – SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun)
anadan olmasının 120 illiyi tamam olur.
Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək
sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl
nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən
diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı
tarixində özünəməxsus bənzərsiz hadisədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, görkəmli şair Əlağa Vahidin 120 illik
yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli
Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
AZƏRTAC
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu