Bakıda məşhur restoranda ölüm
Bizi izləyin

Hadisə

Bakıda məşhur restoranda ölüm

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb.

Publika.az report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, “Tbilisi” restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.

Onum meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə zamanı məlum olub ki, T. Novruzov ürək tutmasından ölüb.

Araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm