Hadisə
Zaqatala Dövlət Təbiət Qoruğunda çətənə tapıldı
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Təbiət Qoruğunun və Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı aşkarlanıb
Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və
sözügedən sahəyə foto-video tələ yerləşdirilib. İyulun 3-də əldə
edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs
saxlanılıb.
Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində
qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət
Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib.
Faktla bağlı istintaq tədbirləri aparılır.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi