Təmsilçilərimiz adlarını mükafatçılar sırasına yazdırdı
Bizi izləyin

İdman

Təmsilçilərimiz adlarını mükafatçılar sırasına yazdırdı

Moskva şəhərində təşkil edilən sayca 5-ci “RUSSIAN OPEN 2015” beynəlxalq turniri başa çatıb.

Publika.az xəbər verir ki, ”Dinamo” idman kompleksində keçirilən G1 kateqoriyalı turnirdə, milli komandamızın 3 üzvü, Məhəmməd Məmmədov (-68 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Fəridə Əzizova (-67 kq) qüvvələrini sınayıblar. Təmsilçilərimiz bu yarışı da medalla başa vuraraq adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

Belə ki, -80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad Beigi Hərçəqanı rəqiblərinə şans vermiyərək finala yüksəlib. Finalda isə Almaniya təmsilçisi Tahir Güleçi məğlub edərək turnirin qızıl mükafatını qazanıb.

Qadın taekvondoçumuz Fəridə Əzizova (-67 kq) isə yarımfinalda məğlubiyyətlə barışmalı olub. Məhəmməd Məmmədov ilk rəqibini məğlub etsə də, növbəti rəqibə yenilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm