Bolqarlar heyəti açıqladı - Millimizlə oyun üçün
Bizi izləyin

İdman

Bolqarlar heyəti açıqladı - Millimizlə oyun üçün

Gələn il Fransada düzənlənəcək Avropa çempionatının seçmə mərhələsində millimizlə bir qrupda yer alan Bolqarıstan yığmasının Xorvatiya və millimizlə oyunlar üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, baş məşqçi İvaylo Petev oktyabrın 10-da səfərdə Xorvatiya, 13-də isə evdə Azərbaycanla oyunlar üçün 23 oyunçuya dəvət göndərib.

İştirak ərizəsində yer alan 23 futbolçudan 12-si xarici, 11-i isə yerli çempionatda top qovur.

Qapıçılar: Bojidar Mitrev (“Şerif”, Moldova), Blaqoy Makenciyev (Beroe), Plamen İliyev (“Botoşani”, Rumıniya);

Müdafiəçilər: Aleksandr Aleksandrov (Ludoqorets), İvo İvanov (Beroe), Georgi Terziyev (Ludoqorets), İvan İvanov (“Bazel”, İsveçrə), Straxil Popov (Liteks), Jivko Milanov (Levski), Anton Nedyalkov (Liteks), Asen Georqiyev (Montana);

Yarımmüdafiəçilər: Simeon Slavçev (“Apollon”, Kipr), Georgi Kostadinov (Levski), İvaylo Çoçev (“Palermo”, İtaliya), Xristo Zlatinski (“Universitatya”, Krayova, Rumıniya), Todor Nedelev (“Maynts”, Almaniya), Anton Karaçanakov (Slaviya), Mixail Aleksandrov (Ludoqorets), Georgi Milanov (ÇSKA, Rusiya), Dimitar Rangelov (“Konyaspor”, Türkiyə);

Hücumçular: Andrey Qalabinov (“Novara”, İtaliya), İvelin Popov (“Spartak” Moskva, Rusiya), Aleksandr Tonev (“Frozinone”, İtaliya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm