• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyaya səs salmış qərar - Tofiq Bəhramov adına qol – FOTOLAR

  • İdman
  • 6 May 2014 16:25
  • 2 074 Baxış
Dünyaya səs salmış qərar - Tofiq Bəhramov adına qol – FOTOLAR

1966-cı ildə keçirilmiş dünya çempionatının finalında həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərar hələ də müzakirə olunur.

Məşhur “Eurosport.ru” saytı 1996-cı il dünya çempionatına damğa vurmuş olayla – Tofiq Bəhramovun qərarı ilə bağlı yazı dərc edib. Publika.az olduqca maraqlı məqamların yer aldığı yazının tərcüməsini təqdim edir.

1966-cı ilə virtual səyahət etməyi təklif edirik. Deməli belə, təsəvvür edək ki, təqvimdə 30 iyuldur. Biz qoca, mehriban İngiltərənin paytaxtı Londondayıq. 93 min azarkeş tutumu olan “Uembli” stadionunda. Günorta saat 3-dur və bu isə o deməkdir ki, indicə futbol üzrə dünya çempionatının həlledici oyunu başlayacaq. Azarkeşlər İngiltərə və AFR yığmasının futbolçularını və həmçinin, 3 hakimi-isveçrəli Qottfrid Dinst və onun köməkçiləri Çexoslovakiyadan olan Kral Qalbu və SSRİ təmsilçisi Tofiq Bəhramovu alqışlayır.

Bu necə baş verdi?

Komandalar artıq 18-ci dəqiqdə dəqiq zərbələr vurmağa başladı. Martin Piters qonaqları məyus edənə qədər hesabdakı bərabərlik düz bir saat davam etdi. Düzdü, futbolun əsasını qoyanların sevinci uzun sürmədi. İkinci hissədə Volfanq Veber dəhşətli qarmaqarışıqda topu əfsanəvi Qordon Benksin qapısından itələyə bildi.

Kluminasiya 101-ci dəqiqədə başladı. Alan Boll sağ cinahla çığıyaraq cərimə meydançasında olan Ceffri Herstə ötürmə etdi. Alman müdafiəçilər onu topu qəbul etməyə mane ola bilmədilər. Herst topu saxlamadan güclü zərbə endirdi. Top dirəyə dəyir, yerə sıçrayır, qapı xəttinə və ya onun yaxınlığına enir və bundan sonra “Bundestim”in futbolçuları tərəfindən uzaqlaşdırılır. İngilislər baş hakimə düşmən qalasının fəthi haqqında siqnal verməyə başlayır, lakin Dinst epizodu tam dəqiq görə bilməyib. O, bütün məsuliyyəti Bəhramovun cəsarətli çiyinləri üzərinə yükləyir. İki referi arasındakı jestlər (onlar eyni dildə danışa bilmirdilər) bir neçə saniyə çəkdi. Uzunboy, bığlı bakılı, həmkarına təmiz qol olduğunu bildirmək üçün əminliklə mərkəzi işarə etdi.

Sərhədsiz hiddət içində olan almanlar heç nəyi dəyişə bilmədilər. Final fitinə az qalmış Herst hesabı 4:2- yə çatdırmaqla het-triki etdi. Lakin qalmaqal bununla bitmədi. Bütün futbol dünyası 2 düşərgəyə parçalandı. Britaniya nöqteyi nəzərindən yanaşanlar Bəhramovun tərəfində durdu. Əgər sovet hakimi təmiz qol olduğunu iddia edirsə, deməli, bu, belədir. Bununla yanaşı, hadisənin episentrində olan ingilislərin hücumçusu Rocer Hant deyir ki, o, qayıdan topu topu qapıya vurmağa cəhd etmədi. Çünki açıq-aydın topun qapı xəttini keçdiyini açıq-aydın görmüşdü.

Stalinqrad haqqında əfsanə

Auditoriyanın alman hissəsi öz fikrində dururdu: əgər top həqiqətən də dirəyə dəysəydi və xətt üzrə aşağı ensəydi, dərhal qapı toru titrəyərdi. Bu azmış kimi, AFR yığmasının oyunçuları əminliklə deyirdilər ki, havaya tabaşir hissələrinin uçduğunu görüblər. Bu da onu deməyə əsas verir ki, az da olsa, top xəttə dəyib. Bəhramova dərhal yarımfinalda sovet komandasını almanların dayandırmasını xatırlatdılar. Onu almanlara qarşı ikinci dünya müharibəsindən qalma düşmənçilikdə də ittiham etdilər. Tofiq Bəhramov sonuncu müsahibələrinin birində “qol olmuşdu?” sualına “Stalinqrad” cavabını verməklə bu qol ətrafında daha bir əfsanə yaratdı.

Sözü qəhrəmana verək. Öz memuarlarında Bəhramov topun dirəkdən yox, məhz qapı torundan sıçramasını gördüyünü etiraf edib. Yerə toxunma məqamını isə azərbaycanlı heç görməyib. Yeri gəlmişkən, 90-cı ildə Oksford universitetinin mütəxəssiləri kompyuterin köməkliyi ilə heç bir qolun olmamasını müəyyən etdi. Düzdür, bu tədqiqatların nəticələrini çox adam qəbul etmədi.

Bakıdan olan Robin Qud

Tofiq Bəhramov vətənində milli qəhrəman kimi qəbul edilir. Onu hətta Robin Qudla da müqayisə edirlər. Final qarşılaşması bitdikdən sonra əvvələr olduğu kimi təkcə baş hakim yox, onun hər iki köməkçisinə də, “Qızıl fit” mükafatı verildi. SSRİ təmsilçisi hər şeylə yanaşı “Qızıl ilahə” mükafatını da aldı. Dünya çempionatının baş mükafatının surətini Bəhramova Böyük Britaniya kraliçası 2-ci Yelizaveta şəxsən özü təqdim etdi. Qolun müəllifi Herst Bəhramova borclu qalmadı. O, məşhur hakimin oğlu Bəhram Bəhramovu evinə çağıraraq ona üstündə azərbaycanca “Çox sağ ol” yazılmış futbolkanı təqdim etdi.

AFR yığmasının kapitanı Uve Zeeler isə matçdan sonra baş tutan qəbulda Bəhramova yaxınlaşaraq üzrxahlıq etmişdi. Zəhmli alman qola görə mübahisə etməkdə haqlı olmadığını etiraf etdi. AFR yığmasının üzvləri oyundan sonra kadrlara baxaraq qolun təmiz olduğu qənaətinə gəlmişdilər.

Bəhramovun 1966-cı ildə keçirilən mundiala qədər cəmisi iki beynəlxalq matçı idarə etməsini çox az adam bilir. Onun aktivində dünya çempionatında baş hakim rolunda iki, (1966 və 1970) və yan xətt hakimi kimi 6 oyun var. Bakılı 1972-ci ildə ingilis klubları “Vulverhemton” və “Tottenhem” (1:2) arasında keçirilən UEFA kubokunun birinci final matçını da idarə edib. Elə həmin ildə, o, qitələrarası kubokun ilk oyununu da idarə edib. Buenos-Ayresdə “İndependente” və “Ayaks”ın iştirakı ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Şeron Stoundan sonra birinci

Bəhramov 1993-cü ildə vəfat edib və Bakıda yerləşən milli stadion onun adını daşıyır. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ildə futbol hakiminin xatirəsinə heykəl qoyulub.

Və ən maraqlısı. 2007-ci ildə Britaniya sakinləri arasında aparılmış sorğuya əsasən, Bəhramovun qərarı “bəşəriyyət tarixində ən məşhur stop-kadr” nominasiyasında ikinci yerdə qərarlaşdı. Sorğu “hansı epizod zamanı düyməni basıb, lenti geri fırladıb dəfələrlə baxmısız” sualı ətrafında aparılmışdı. Birinci yerdə “Əsas instinkt” filmindəki kadr qərarlaşdı. Polis Şeron Stounu sorğu-sual edərkən, ayağını ayağının üstünə aşırmış aktrisa ayaqlarının yerini dəyişir. Britaniyalılar aktrisanın altdan nə geyindiyini müəyyənləşdirmək üçün dəfələrlə baxıblar.

Şərhlər:

Rbaxsiyev: Onun şərəfinə stadion və heykəl var. Onunla fəxr edirəm.

Milanist78: Əla məqalədir, müəllif sağ olsun, yazma üslubunu çox bəyəndim. Dünya çempionatlarının tarixinə tez-tez ekskurisayalar təşkil edin. Bəhramov oyunçu olmasa da, tarixə daxil ola bildi. Qol haqqında mübahisə etməyə isə dəyməz, titul onsuz da ingilislərdə qaldı.

Dromator20: O, möhtəşəm hakim olub.

Senioramiqo: Mən videoyazıya dəfələrlə baxdım, qolun hesaba alınması düzgün qərardır.

Liverpooool: Əgər Allah ona ikinci dəfə ömür versəydi, o matçda o, yenə də belə edəcəkdi. Onu qəlbi buna yönləndirdi, hakim vicdanı ona belə deyirdi.

Alex curly: Bu epizod dünya çempionatının taleyini dəyişmədi. Çünki hesab 4:2 idi. Ancaq layiqli qələbə idi. Stalinqrad söhbəti isə çox xoşuma gəldi.

Publika.az. Tərcümə edən: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR