İdman
"Qarabağ" kubokda mübarizəni dayandırdı
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Publika.az xəbər verir ki, 1/4 final mərhələsini "Keşlə" və "Neftçi"dən başqa "Qəbələ" və "Sumqayıt" da dəf edib.
"Qəbələ" evdə 1:0 hesabı ilə yendiyi "Səbail" üzərində səfərdə inamlı qələbə qazanıb - 4:2. "Sumqayıt" isə sensasiyaya imza ataraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. "Gənclik şəhəri" təmsilçisi buna 1/4 final mərhələsinin cavab görüşündə baş məşqçi Samir Abasov və əsas qapıçı Fərhad Vəliyevin yoxluğunda nail olub. Abasov hazırda İspaniya "Atletiko"sunun düşərgəsində olduğundan, Vəliyev isə 1:2 hesabı ilə uduzduqları ilk görüşdə qırmızı vərəqə aldığından, oyunda iştirak etməyib.
Cavab görüşünün taleyini isə 2 qol həll edib. 22-ci dəqiqədə "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın səhvindən yararlanan Kamal Mirzəyev yaxın məsafədən dəqiq zərbə endirib. 90-cı dəqiqədə isə Amil Yunanov qapıçı ilə təkbətəkdən fərqlənib.
Beləliklə, "Sumqayıt" iki oyunun yekununda 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Növbəti mərhələdə bu komandanın rəqibi "Keşlə" olacaq. Digər yarımfinal matçında isə "Qəbələ" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Oyunlar 2018-ci il aprelin 11-də və 18-də keçiriləcək. (report)
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO