İdman
Məmmədyarov liderdir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub. İlk gündə sürətli şahmat üzrə 3 tur oynanılıb.
33 yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya
çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir
Kramniklə görüş isə heç-heçə nəticələnib.
Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha
6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun
vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil
olunacaq.
Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində
İddiaçılar Turnirində mübarizə aparacaq.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki





































