İdman
"Kəpəz"in qələbə həsrəti bitdi - - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Publika.az xəbər verir ki, açılış oyununda "Kəpəz" debütant "Səbail"i qəbul edib. Gəncə şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 23-cü dəqiqədə penalti zərbəsi ilə Dario Frederiko açıb. Bu, braziliyalı hücumçunun "Kəpəz"ə qayıdışından sonra ilk qolu olub. 30-cu dəqiqədə "Səbail"in yeni transferi Yevgeni Koçuk bərabərlik qolunu vurub. Lakin 49-cu dəqiqədə Tərzin Cahangirov qələbə topuna imza atıb.
Beləliklə, "Kəpəz" Yunis Hüseynovun baş məşqçi olduğu dövrdə ilk qələbəsini qazanıb. Gəncə komandası sonuncu dəfə X turda Şahin Diniyevin rəhbərliyi altında çıxış etdiyi vaxt Bakıda "Keşlə"ni yenmişdi - 2:0. Sonrakı 8 qarşılaşmanın hamısında uduzan "sarı-göylər" həm də cari mövsümdə doğma azarkeşlər önündə birinci dəfə qalib gəlib.
Lakin bu qələbə "Kəpəz"i sonuncu pillədən xilas etməyib. Xallarını 10-a çatdıran Gəncə təmsilçisi yenə 8-ci pillədədir və 7-ci mövqedəki "Keşlə"dən 2 xal geri qalır. "Səbail" isə 17 xalla 6-cı pillədədir.
Tura martın 4-də keçiriləcək "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" matçları ilə yekun vurulacaq.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki





































