Qəbələdə möhtəşəm gecə - “Kobra” rəqibinə aman vermədi
Bizi izləyin

İdman

Qəbələdə möhtəşəm gecə - “Kobra” rəqibinə aman vermədi

Qəbələdə möhtəşəm gecə - “Kobra” rəqibinə aman vermədi

Qəbələ Olimpiya Kompleksində "Glory Ranked Fights" turniri keçirilib.

Publika.az xəbər verir ki, bu turnirdə 12 duel baş tutub. Bunlardan 8-i yüngül, digər 4-ü isə ağır çəkililər arasında keçirilib.

Turnirə Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan) dueli ilə start verilib. Döyüşün ilk 3 raundunda qalib müəyyənləşməyib. Ekstra raunda rumıniyalı üstün olub.

Ardınca Roman Mayılov (Ukrayna) - Matyuş Kopyek (Polşa) görüşü başlayıb. Bu döyüşdə əslən azərbaycanlı olan ukraynalı Mayılov sevinib.

3-cü görüşdə yenidən həmyerlimiz rinqə çıxıb. Quo Xianfenq (Çin) - Ramal Aslanov (Azərbaycan) döyüşü uzun çəkməyib, həmyerlimiz elə ilk raunda rəqibini nakaut vəziyyətinə salıb.

4-cü görüşdə Yuri Kellə (Almaniya) Telman Süleymanov (Azərbaycan) üz-üzə gəlib. İkinci raundda Kel Süleymanovu nokauta salaraq, qələbə qazanıb.

Ardınca Teo Mikeliç (Xorvatiya) - Tadas Jonkus (Litva) dueli baş tutub. 3 raundluq döyüş hakimlərin qərarı ilə Mikeliçin xeyrinə başa çatıb.

Bu döyüşdən sonra ağırçəkililər arasında 2 duel baş tutub.

Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş): İlk raunddaca Amrani rəqibini ayaq zərbələri ilə 2 dəfə nokauta salıb. Lim Çi Bin ilk nokautdan ayılsa da, ikincisindən sonra döyüşü davam etdirə bilməyib.

Növbəti duel Jiao Fukai (Çin) və “Kobra” ləqəblu Pərviz Abdullayev (Azərbaycan) arasında baş tutub. Döyüşü inamlı keçirən Abdullayev ikinci raundda rəqibini nokauta salaraq, təmiz qələbə qazanıb. O, rinqə və mükafatlandırma mərasiminə Fövqəladə Hallar Nazirliyinə məxsus hərbi geyimdə çıxıb.

Bu görüşün atdından yüngül çəkili döyüşçülər arasında yarımfinal görüşləri keçirilib.

Roman Mayılov (Ukrayna) - Ramal Aslanov (Azərbaycan) duelində həmyerlimiz ikinci qələbəsini qazanıb.

Yuri Kel (Almaniya) - Teo Mikeliç (Xorvatiya) duelində isə əsas vaxtda qalib müəyyənləşməyib. Kel əlavə vaxtda qələbə qazanıb.

Bundan sonra superağır çəkidə daha 2 döyüş keçirilib:

Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya) qarşılaşmasında Kraus 3 raunddan sonra qalib elan olunub.

Hamının səbirsizliklə gözlədiyi Camal ben Saddiq (Mərakeş) - Hesdi Gerges (Misir) dueli baş tutub. Amma döyüş başlayan kimi ben Saddiq rəqibini yerə yıxaraq, təpikləməyə başlayıb. Araya hər iki döyüşçünün məşqçiləri giriblər. Hakimlər ben Saddiqi diskvalifikasiya ediblər.

Daha sonra yüngül çəkililər arasında final görüşü baş tutub.

Ramal Aslanov (Azərbaycan) - Yuri Kel (Almaniya) duelində ilk 3 raundda qalib müəyyənləşməyib. Hakim ekstra raunda ehtiyac duyub. Əlavə raundda isə Kehl daha üstün olaraq, qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm